10 Ocak 2014 Cuma




          İnformatika   Fənninin əhəmiyyəti

Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Informatika umumtəhsil məktəblərində tədris olunan ən muhum və vacib fənlərdən biridir. Əksər dunya olkələrinin təhsil sistemlərində onun oyrənilməsinə xususi diqqət yetirilir. Bu, gənc nəslin formalaşmasında onun mustəsna rolu ilə izah olunur. Informatika şagirdin zehni inkişafına komək edir, məntiqi təfəkkurunun formalaşmasında, muhakimə və dərketmə qabiliyyətlərinin yuksəlməsində mustəsna rol oynayır. Informatikanın tədrisi zamanı umumiləşdirmə, konkretləşdirmə, analiz, sintez, təsnifetmə və stemləşdirmə kimi əqli muhakimə usullarından istifadə olunur ki, bu da şagirdlərin məntiqi təfəkkurunun inkişafını surətləndirir, onların məntiqi muhakimə yurudə bilmək bacarıqlarını, alqoritmik təfəkkurlərini inkişaf etdirir.


 
XX əsrin ortalarında meydana gələrək təşəkkul tapmış ən yeni elm sahələrindən biri olan informatika ilk
novbədə istənilən nov informasiyanın kompyuter və ya digər elektron hesablama texnikasının koməyi ilə yığılması, emalı, saxlanması, axtarışı, paylanmasının təşkili, tarixi, metodologiyası, nəzəriyyəsi və s. ilə məşğul olur.
İnformasiya və avtomatika sozlərindən yaranmış İnformatika (ingiliscə Informatics) termini ilk dəfə
avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq ucun istifadə edilmişdir. “İnformatika” termini bəzi hallarda “Kompyuter elmi” (Computer science) termini ilə uyğunlaşdırılır.
İnformatika kompyuterləşdirilmiş informasiya sistemlərinin fəaliyyətinin layihələşdirilməsinin, işlənilməsinin, yaradılmasının, səmərəliliyinin qiymətləndirilməsinin, onun muxtəlif sahələrdə tətbiqinin və təsirinin butun
aspektlərini oyrənən kompleks fənndir. Mahiyyətinə gorə informatika informasiya proseslərinin və onların
avtomatlaşdırılması yollarını oyrənən fənn kimi yaranmışdır.

Hiç yorum yok:

Yorum Gönder