Kompyuterin əsas tərkib hissələri

                               Kompyuterin  əsas tərkib hissələr

Kompyuter aşağıdakı hissələrdən təşkil olunmuşdur:
    Əsas qurğular və Əlavə qurgular 
Kompyuterin əsas tərkib hissələri bunlardır:

Monitor
 
 1. Monitor simvollu və qrafik informasiyanı əks etdirmək üçün nəzərdə tutulub. Monitorlar televizora bənzəyir və kompyuterinbaşlıca çıxış qurğusudur.Monitor adi televizora oxşayır, çünki onların hər ikisi təsviri kineskop vasitəsilə formalaşdırırlar, lakin daxildə onlar çox fərqlənirlər. Monitorlar rəngli və monoxrom olur və bir-birindən ölçüsü ilə fərqlənir, adətən kineskopun diaqonalı 14-dən 21 düymə qədər olur. Monitorlar eləcə də çıxarılan təsvirdəki nöqtələrin sayına görə də fərqlənirlər. Belə ki, monitorda təsvirin üfüqi və şaquli istiqaməti üzrə nöqtələrin sayı müxtəlif monitorlarda 640x480 nöqtədən 1600x1280 nöqtəyədək ola bilər. Eləcə də ekrana verilən təsvirdə müxtəlif rənglərdən istifadə etmək olar, bu rənglər 16-dan 16,8 milyona qədər ola balər.
    CRT monitorların əsas elementi elektron şüa borusudur. Bu elektron şüa borulu televizorlarla eyni prinsipdə işləyir. Borunun içərisi lyuminofor adlanan materialla örtülüb və içərisində elektron dəstələri vardır. Lyuminofor qatı tridalardan təşkili olunub. Triadalar 3 nöqtədən ibarət elementlərdir. Bu üç nöqtə qırmızı (Red), yaşıl (Green) və mavi (Blue) rəngi əks etdirən elementlərdir. Borunun dar ucunda elektron topu (elektronlar mənbəyi) yerləşir. Bunlar şüalar buraxır. Həmin şüalar triadaların üzərinə lazımi intensivlikdə düşərək lazımi rəngi verir. 
     LCD tipli monitorların ekranları adi elektron saatların, mobil telefonların və s. displeylərində olan ekranlarla eynidir. Bu ekran iki təbəqədən ibarətdir. Həmin təbəqələrin arasında sterjinşəkilli molekullar yəni maye kristallı qarışıqlar vardır. Kristallar işığı şəkildə göründüyü kimi polyarizatorlardan keçirirlər. Elektrik cərəyanı mayedən keçəndə kristalları bir istiqamətdə yönəldir. Nəticədə kristallar işığı polyarlaşdıran müstəvi qatları şəkildə göründüyü kimi döndərir. Nəticədə işıq buradan keçə bilmir və həmin hissə tünd rəngə boyanır. 
Sistem bloku
     
 
     2. Sistem blokunun daxilində kompyuterin əsas qurgulari yerləşir: prosessor, ana plata, daxili yaddaş və s. Sistem blokunun korpusu müxtəlif modifikasiyalarda istehsal olunur: stolüstü, nazikprofil stolüstü, mini-qüllə, qüllə, monoblok və s. Sistem blokunun korpusu dəmir və ya plastik ola bilər. Sistem blokunun içində aşağıdakı qurğular olur:
Qida qurğusu.
Qoşulan komputer qurğularının yerləşdirilməsi üçün bölmələr.
Komputeri işə salma, söndürmə, yenidən yükləmə düymələri və bəzən də başqa düymələr.
Müxtəlif indikatorlar.

Bunlardan əlavə aşağıdakı xırdalıqlar da vardır:
Sistem blokunun içi. Sistem blokunun korpusuna vintlə ana plata birləşdirilir. Korpusun bölmələrinə diskovodlar və başqa qurğular bərkidilir. Ana platanın sistem şinlərinin detallarına lazımi kontroller plataları taxılır.

3. Kompyuterin başlıca daxiletmə qurğusu klaviaturadır. Onun köməyilə mətn və ədədi informasiyalar, eləcə də cürbəcür komandalar və verilənlər kompyuterə daxil edilir.
    Adətən, klaviaturada yığılan infomasiya nəzarət olunmaq üçün monitorun ekranında göstərilir. Yeni daxil edilən simvolun yeri ekranda xüsusi işarəylə - kursor vasitəsilə göstərilir. Kişik düzbucaqlı, yanıb-sönən cizgi formasında olan kursorun şəkli proqramdan və iş rejmindən asılı olaraq dəyişə bilər.
   Kompyuterin standart klaviaturası aşağıdakı şəkildə təsvir olunub.
Ona 104-108 klavişli genişləndirilmiş klaviatura deyilir.
 
4. Siçan vasitəsilə kompyuterə müxtəlif əmrləri vermək, obyekti ekran boyu hərəkət etdirmək, əyrilər çəkmək və s. işləri görmək olar. Siçan ekranda olan göstəricisinin (kursorun) hərəkətini idarə edir. Siçan düz səthin – iş stolunun üzərində hərəkət edərkən ekrandakı göstərici vəziyyətini dəyişir (yaxşı olar ki, stolun üstündə kiçik "xalça" olsun). Siçanla ekranda istənilən əyrini həm də yüksək sürətlə çəkmək olar. Siçanın göstəricisi bəzi obyektlərin üzərindən keçirdikdə onlar dəyişilir (məsələn, alətlər lövhəsinin düymələrinin rəngi dəyişilir və s.) Onun bu xüsusiyyəti kokteksıt həssaslığı adlanır. Siçanın bu xüsusiyyəti sistemlə işi sadələşdirir. Siçanın ekranda görünən bu işarəsi görüləcək işi əyani göstərir.
 
 
 

 

Hiç yorum yok:

Yorum Gönder