Kompyuterin əlavə hissələri
Kompyuter sistemi əsas və əlavəvə qurğulardan təşkil olunmuşdur. Əsas hissələr kompyuterin təməl qurğulardır. Əlavə qurğular isə kompyuter sisteminə əlavə imkanlar yaradır. Məsələn:Printer kompyuterin xarici qurğularından biridir. Verilən məlumatı çap etmək üçündür. Kompyuter üçün ilk printer 19-cu əsrdə Çarl Bebbic tərəfindən yaradılmış “Fərqlər Aparatı”() üçün yaradılıb. Hal hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompyuterlərə printerlər əsasən LPT (Line Printer Terminal) və ya USB () portu vasitəsi ilə qoşulur. LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsi ilə də printerləri qoşmaq mümkündür. Bir kompyuterə qoşulan printer şəbəkədə olan digər kompyuterlərdən alınan məlumatı çap edə bilər.
Skaner (ing. scanner) – gerçək görüntünün rəqəmli surətini yaratmaq üçün qurğudur.
Skanerin iki növü var:
standart skaner üzçıxaran maşının kiçildilmiş variantını xatırladır;
portativ (daşınan) skaner isə əslində rəqəmli kameradır.
Skaneriniş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompyuterdə yadda saxlanıldıqdan sonra onu başqa yerə köçürmək, dəyişdirmək, elektron poct ilə göndərmək və s. olar.
Skanerlərdən nəşriyyat işlərində, layihələndirmə sistemlərində, animasiyalarda geniş istifadə olunur. Təqdimatların, məruzələrin, yüksək keyfiyyətli reklam materiallarının hazırlanmasında bu qurğuların əvəzi yoxdur.
Modem(Modulator Demodulator sözlərindən əmələ gəlib) yaxud çevirgə, kabel və ya telefon xətti vasitəsi ilə iki kompyuteri birləşdirmək üçün qurğudur. Modemlər həm kompyuterin daxili həm də xarici qurğuları sırasına daxil edilə bilər. Modemlərin aşağıdakı növləri vardır: daxili, xarici,aparat və proqram modem.
Daxili modem kompyuterin ana platasına İSA və ya PCİ slotu vasitəsi ilə qoşulur. Xüsusi drayver tələb edir. Deyərdim ki, proqramı təminat olmadan yararsız bir hissədir. Xarici modem kompyuterə COM port və ya USB port vasitəsi ilə qoşulur. Ayrıca cərəyan mənbəyinə də qoşmaq tələb olunur. Apparat modem bütün əməliyyatlar apparatın özündə Digital Signal Processor vasitəsi ilə həyata keçirilir.
Proqram modem bütün əməliyyatlar proqram təminatı vasitəsi ilə həyata keçirilir. Telefon xəttinin qoşulması üçün oyuq və cərəyanı şiddətini tənzimləmək üçün kiçik qurğusu olur.
Səsucaldanlar səsi xaric etmək, səsləndirmək üçündür.
Maqnit və opdik disklərin köməyi ilə kompyuterdə emal olunmuş informasiyanı uzun müddət saxlamaq üçün istifadə olunur.
Hiç yorum yok:
Yorum Gönder